Modern.az

Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu danışdı

Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu danışdı

15 İyul 2014, 21:02


Dilqəm Əsgərovun ailəsi onun diversant olduğu barədə yayılan xəbərləri təkzib edib.

Bu barədə APA-ya D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. 

Onun sözlərinə görə, atasının Ermənistan tərəfindən saxlanılması barədə xəbəri internetdən oxuyub: “Atam həmişə Rusiyaya gedib-gələn adam olub. Biz elə bildik ki, yenə Rusiyaya gedib. Sonra internetdən öyrəndik ki, atam öz doğulub boya-başa çatdığı Kəlbəcər rayonuna gedib. Yəni heç bir diversiyadan söhbət gedə bilməz”.

K.Əsgərov atasının saxlanılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət etdiklərini söyləyib.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir