Modern.az

Tanınmış iqtisadçı Azər Mehtiyevi qarət etdilər

Tanınmış iqtisadçı Azər Mehtiyevi qarət etdilər

15 İyul 2014, 22:58

İqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev xoşagəlməz hadisəylə üzləşib. Modern.az saytının məlumatına görə, bu barədə danışan A.Mehdiyev hadisəni belə nəql edib:

”Bu gün buraxdığım bir neçə səhv mənə baha başa gəldi: təqribən saat 15:30-da avtomobilimi  “Nizami” metrostansiyasından bir qədər yuxarıda saxlayıb iş dalınca getdim. Gedərkən noutbuk olan çantanı özümlə götürməyə ərindim və avtomobilin oturacağında qaldı. 1 saat yarımdan sonra qayıdanda gördüm ki, avtomobilin yan şüşəsini sındırıb noutbuk çantasını aparıblar. Çantada noutbukdan başqa, bəzi sənədlərim (əmək haqqı kartı, kredit kartı, DSMF kartı, qaz abononenti kartı və .) və iş sənədləri olub. Təbii ki, dərhal bankla əlaqə saxlayıb kartların fəaliyyətini dayandırdım, hadisə haqqında 102-yə məlumat verdim. Polis hadisə yerinə gələrək hadisəni qeydə aldı.
Kameraların olmadığı qapalı ərazidə avtomobilin park edilməsi və bu zaman noutbuk çantasının avtomobilin salonunda saxlanılması təhlükəlidir - bunu bilə-bilə etdiyim hərəkətə görə özümü qınayıram.
Daha bir səhvim noutbukun içində olan və son 1 ildə işlədiyim materialların surətini saxlamamağımdır. Çox əhəmiyyətli və zəhmətlə başa gələn materiallarım əlimdən getdi - məni daha çox incidən budur. Hər kəs öz təhlükəsizliyinə görə özü məsuliyyət daşımalıdır...”-deyə Azər Mehtiyev bilıdirib.

A.Qorxmaz 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu