Modern.az

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Təhsil

15 İyul 2014, 23:31

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Modern.az-ın məlumatına görə, turnirdə Azərbaycanı Ağdamın "Qarabağ" klubu təmsil edir. İyulun 15-də klubumuz Maltada yerli "Valletta"nın qonağı olub.

Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” turnirə uğurlu çıxışla başlayıb. Belə ki, matçın 17-ci dəqiqəsində “Qarabağ”ın legioneri Cumbinyo komandamıza qələbə gətirən qolu vurub.

Bu klublar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq həmin oyun saat 21:30-da başlayacaq.


Valletta" (Malta) - "Qarabağ" (Azərbaycan) - 0:1

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir