Modern.az

700 bal toplayan abituriyent Dədə Qorqud Liseyinin məzunudur - FOTO

700 bal toplayan abituriyent Dədə Qorqud Liseyinin məzunudur - FOTO

Təhsil

16 İyul 2014, 00:09


Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanandan sonra 7 abituriyentin 700 bal topladığı məlum olub.

I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.

Modern.az saytının xəbərinə görə, 700 bal toplamış abituriyentlərdən biri Dədə Qorqud Özəl Türk Liseyinin məzunu Məmməd Hacılıdır.

Qeyd edək ki, Dədə Qorqud Özəl Türk Liseyi “Çağ Öyrətim İşlətmələri” şirkətinə məxsus olduğundan bu yaxınlarda onun Azərbaycandakı fəaliyyətinə son verilib.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir