Modern.az

Ərdoğandan BMT-yə İTTİHAM: “Təbii ki, məni sevmirsiz”

Ərdoğandan BMT-yə İTTİHAM: “Təbii ki, məni sevmirsiz”

Təhsil

16 İyul 2014, 09:58


Türkiyə baş naziri və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan BMT-yə üzv ölkələri İsrailin Qəzzanı bombalamasını  gözardı etdiyinə  görə qınayıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir  BMT dünyada sülh yaratma prosesində iştirak etmək vəzifəsini icra etmir. Onun sözlərinə görə BMT bu vəzifənin öhdəsindən gələ bilmirsə, öz iş prinsiplərinə yenidən baxmalıdır. Türkiyə hökumət başçısı vurğulayıb ki, özünün timsalında haqqı müdafiə edən rəsmi Ankara hədəf seçilir: “BMT Təhlükəsizlik Şurası 5 ölkənin iki dodağı arasında qalıb. Onlar nə deyirsə, o olur. Bu baxımdan təbii ki, Türkiyənin baş nazirini sevməzlər.  Bu dünyada doğruları söyləyənlər heç bir vaxt sevilməyib. Amma biz haqqı deməyə davam edəcəyik”,-deyə R.T.Ərdoğan söyləyib.

Qeyd edək ki, Qəzza bölgəsində bir həftədən çoxdur ki, silahlı gərginlik davam edir. İsrailin bölgəni bombardman etməsi nəticəsində 200 nəfər insanın öldüyü bildirilir.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir