Modern.az

Rusiya imperiya bayrağını qaytarır

Rusiya imperiya bayrağını qaytarır

Təhsil

16 İyul 2014, 10:28


Dövlət Dumasının Rusiya Liberal Demokrat Partiyasından olan deputatı Mixali Deqtyarev Rusiyanın rəsmi bayrağında yenidən qara-sarı-ağ rənglərin əks olunması ilə bağlı qanun layihəsi hazırlayıb.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, siyasətçinin fikrincə, Krımın Rusiyaya birləşdirilməsi, Gömrük İttifaqının yaradılması və vətənpərvərlik hislərinin artması dövlət simvollarında da öz əksini tapmalı, keçmiş Rusiya imperiyasını xatırlatmalıdır.

Deputat qeyd edir ki, imperiya bayrağının altında Rusiyanın tərkibinə Krım yarımadası, Şərqi Prussiyanın ərazisi, Alyaska, Qafqaz, Polşa, Baltikyanı respublikalar, Orta Asiya və Finlandiya daxil edilməlidir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir