Modern.az

Rusiyadakı səfirliyimiz: “Moskva metrosunda azərbaycanlılar xəsarət almayıb”

Rusiyadakı səfirliyimiz: “Moskva metrosunda azərbaycanlılar xəsarət almayıb”

Təhsil

16 İyul 2014, 11:08

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 15 iyul tarixində Moskva metrosunda baş vermiş faciə ilə əlaqədar Moskva şəhər Səhiyyə İdarəsi tərəfindən mətbuat konfransı keçirilmişdir.  Səfirliyin nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı idarənin rəhbəri Qeorqiy Qoluxov tərəfindən aparılıb. Qeorqiy Qoluxov bildirib ki, faciə nəticəsində 136 nəfər yaralanıb və 20 nəfər həyatını itirib. Onların məlumatına görə yaralanan və həyatını itirənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Qeorqiy Qoluxov onu da vurğulayıb ki, qeyd olunan rəqəmlər dəyişə bilər.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir