Fransanın Vald Oise bölgəsində yerləşən Herblay qəsəbəsində, sükan arxasında oturub oynayan iki yaşındakı oğlan anasının əzilərək ölməsinə səbəb olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, anası avtomobili təmizləyərkən sükan arxasında əyləşən iki yaşındakı uşaq oynamaq məqsədilə səhvən avtomobili işə salıb. Nəticədə avtomobilin idarə edilməsi itirilib. 26 yaşındakı ana uşağın çalışdırdığı avtomobillə park halındakı başqa bir avtomobilin arasında sıxışaraq əzilib. Qadın hadisə yerindəcə dünyasını dəyişib.
Gülşən RAUFQIZI