İyulun 15-də çimərlik mövsümü ilə bağlı dincəlməyə gedən daha üç nəfər boğulub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakinləri Emin Axundov Göradil çimərliyində, Vitaliy Zinovyev Duzlu göldə, Ucar rayon sakini Güllər Salmanova H.Zeynalabdin qəsəbəsinin ərazisindəki dənizdə çimərkən boğulublar. Onların meyitləri sudan çıxarılaraq ailələrinə təhvil verilib.
Modern.az