Modern.az

“28 may” stansiyasındakı olaya Metropolitendən İZAH

“28 may” stansiyasındakı olaya Metropolitendən İZAH

Təhsil

16 İyul 2014, 12:40


“Qatar platformada dayanarkən sərnişinlərin bir-birini itələməsi nəticəsində onlardan birinin ayağı qatarla platforma arasında qalıb. Metropoliten işçiləri ona kömək edərək sıxılan ayağını çıxarıb. Hadisə yerinə təcili yardım maşını çağırılıb. Gənc müayinə üçün xəstəxanaya aparılıb”.
Bu barədə Modern.az-a Metropoliten Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri məlumat verib. “Bununla belə, qatarların hərəkətində hər hansı gecikmə olmayıb”.

Qeyd edək ki, hadisə “28 May” stansiyasında səhər saatlarında sərnişinlərin çox olduğu bir vaxtda baş verib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir