Terror təşkilatı olan İraq Şam İslam Dövlətinin (İŞİD) yaydığı son videolar yenə insanların qanının dondurur.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Hələbdə cadugərliklə məşğul olduğu iddia edilən bir adamı ələ keçirən İŞİD yaraqlılar onu gözləri bağlı olaraq edam sahəsinə gətirirlər. Adamın evində tapdıqları yazı və digər əşyaları dəlil olaraq açıqlayan yaraqlılar onun cinayətlərini izah edirlər. Cadugərliyin günah olduğu və bu səbəbdən də ölməsinin lazım olduğunu söyləyən yaraqlılar adamın cəzasını oxuyurlar. Bu zaman dizləri üzərində gözlədilən adamın yanına əlində qılıncı ilə cəllad gəlir. Kafir olduğu üçün öldürülməsi lazım olan adam qısa bir müddət sonra edam edilir. Adamın başının kəsildiyi anı yayan İŞİD terror təşkilatı Suriya və İraqda qan tökməyə davam edir.
Modern.az