Modern.az

“Kəlbəcərdə itkin düşmüş Həsən Həsənovla bağlı “Qırmızı Xaç”a müraciət edəcəyik”

“Kəlbəcərdə itkin düşmüş Həsən Həsənovla bağlı “Qırmızı Xaç”a müraciət edəcəyik”

Təhsil

16 İyul 2014, 13:13

“Həmyerlim Həsən Həsənovu yaxından tanıyıram. 35-40 yaşlarındadır. Bu gün Qarabağ Azadlıq Təşkilatın qərargahında onunla bağlı toplantı olacaq. Bundan sonra təşkilat adından Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbərliyinə müraciət edəcəyik”.

Bu barədə Modern.az saytına Kəlbəcərdə itkin düşmüş (ermənilər onu öldürdüklərini iddia edirlər) Həsən Həsənovun həmyerlisi, Qarabağ veteranı Vaqif Əlisoy məlumat verib.

Vaqif Əlisoy xaricdəki diaspor təşkilatlarına müraciət edərək, onları Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları keçirməyə çağırıb.

“Həmçinin müraciətimiz olacaq. Bununla da vətəndaşlarımızın tezliklə Azərbaycana qaytarılmasına kömək olmağa çalışacağıq. Biz dövlətimizə güvənirik, bilirik ki, onlar geri qaytarılacaq”.

V. Əlisoy erməni mətbuatının girovluqda olan azərbaycanlılar barədə yaydıqları “onlar diversantdır” fikrinə qarşı çıxaraq bildirir ki, bu üç nəfər sırf mülki şəxslərdir. “Dilqəm mənim yaxın dostumdur. O dəfələrlə Kəlbəcərə gedib-gəlirdi. Buna səbəb də doğma eldən ötrü darıxmağı olub, dədə-baba qəbrini ziyarət edib, mütəmadi olaraq kəndinin görüntüsünü yayırdı. Ermənistanın qatı cinayətkar müdafiə naziri Ohanyan hansı qanuna söykənərək, vətəndaşlarımızın öz torpaqlarına getmələrini cinayət sayır? Sizin sayt vasitəsilə Azərbaycan hüquqşünaslarına müraciət edirəm. Dilqəm, Şahbaz və Həsən bununla sübut etdi ki, əliyalın da torpağa getmək olar. Buna görə heç kim bu hadisəyə biganə qalmasın”.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. 3-cü şəxs olaraq isə Həsən Həsənovun da girovluqda olduğu ehtimal olunur. Hərçənd ermənilər onu öldürdüklərini iddia edirlər...

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir