Modern.az

QAT girov götürülən məcburi köçkünlərin müdafiəsinə qalxdı

QAT girov götürülən məcburi köçkünlərin müdafiəsinə qalxdı

Təhsil

16 İyul 2014, 13:42


Modern.az
saytı xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı Kəlbəcərdə girov götürülən məcburi köçkünlərlə bağlı bəyanat verib. Bəyanatda göstərilir:

“Qarabağ Azadlıq Təşkilatı kəlbəcərli və cəbrayıllı məcburi köçkünlər Dilgəm Əhmədov, Şahbaz Quliyev, Həsən Həsənova işğalçı Ermənistan  rejimi tərəfindən divan tutulmasına qəti etirazını bildirir. İşğalçı Ermənistan  rejimi cəzasızlıq şəraitində daha da vəhşiləşərək heç bir zorakı addımdan çəkinmir. Bu məcburi köçkünlər öz ata-baba yurdlarına getmək, doğma yerlərini ziyarət etmək istəyiblər. Əvəzində isə işğalçı rejim onlara “diversant” adı qoyaraq divan tutub, Cəbrayıldan olan məcburi köçkün Həsən Həsəov vəhşicəsinə qətlə yetirillib, kəlbəcərlilər isə girov götürülüb, onlardan Şahbaz Quliyevin gözləri çıxarılıb, digər amansız işgəncələr verilib.

 Biz hesab edirik ki, işğalçı Ermənistan  rejimi dinc sakinlərə qarşı bu hərəkətləri ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozub və növbəti dəfə beynəlxalq hüquqa qarşı həyasızlıq nümayiş etdirib. ATƏT Minsk qrupu işğalçı Ermənistan  rejiminin bu hərəkətlərinə dərhal reaksiya verməli, bu hadisənin beynəlxalq təşkilatların müzakirəsinə çıxarılmasına, işğalçı Ermənistanın ittiham edilməsinə və cəzalandırılmasına nail olmalıdır. Biz beynəlxalq təşkilatları ittiham edirik ki, onların laqeyd və faktitki olaraq, ermənipərəst siyasətinin nəticəsidir ki, Ermənistan bu qədər harınlayıb, heç bir beynəlxalq hüquqdan çəkinmir, istədiyi vəhşilikləri edir.

Biz Beynəlxalq Qırmızı Xaç Komitəsini fəaliyyətsizlikdə ittiham edirik. Bu qədər vaxt keçdiyinə baxmayaraq, bu qurumun nümayəndələri heç bir real addım atmayıb, girov götürülmüş adamlara baş çəkməyib. Biz hesab edirik ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal həmin girovlara baş çəkməli, onların və vəhşicəsinə öldürülmüş azərbaycanlının meyitinin geri qaytarılması üçün  təsirli addımlar atmalıdır.

Biz  həmçinin hesab edirik ki, bu hadisə işğalçı Ermənistan  rejimi ilə, bu vəhşi və quldur rejimlə, orta əsrlərin düşüncəsi ilə yaşayan bir rejim nümayəndələri ilə hər hansı danışıqların davam etdirilməsinin mənası yoxdur. Azərbaycan danışıqları dayandırmalı, hərbi əməliyyatlara başlamalıdır. Bu hadisə, həmçinin cəbhə xəttində baş verən digər hadisələr Azərbaycan tərəfinə tam əsas verir ki, hərbi əməliyyatlara başlasın. Bu ağrılı, əzablı, üzücü vəziyyətə son qoymaq üçün ancaq bir yol var, o da müharibədir. Bizim başqa yolumuz yoxdur!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir