Modern.az

IDEA-nın təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - FOTO

IDEA-nın təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - FOTO

Təhsil

16 İyul 2014, 15:08


Bu gün IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

Modern.az xəbər verir ki, Aksiyanın keçirilmə səbəbi 4 iyul 2014-cü il tarixində IDEA İctimai Birliyinin “Təbiətin təcili yardımı” mobil qrupu tərəfindən Ağa Nemətulla küçəsi 67 ünvanında 13 ədəd ağacın kəsilməsi faktının qeydə alınması olub. (//ideacampaign.org/az/anket_33.html#.U8Uwgo2Sw28).

Ağacəkmə aksiya zamanı ümumi sayı 20 olan sərv, şərq çinarı və tut ağacı əkilib.

Bu cür aksiyaların keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Qeyd edək ki, "Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilir. Proqram Azərbaycanda, xüsusilə Bakı şəhərində qeyri-qanuni ağac kəsilməsi hallarının qarşısının alınmasını nəzərdə tutur. Bu məqsədlə "Təbiətə təcili yardım" qaynar xətti (1113) və mobil qrupu yaradılıb.


 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir