Bir qədər əvvəl “Sahil” metrostansiyasında yaşanan qatar gecikməsi halı ilə bağlı əhali narahat olub. Sərnişinlər qatara minə bilməyib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev
Modern.az-a açıqlamasında ciddi problemin olmadığını deyib. ““İçərişəhər” stansiyasından hərəkət edən 11 nömrəli marşrutda nasazlıq yaranıb. Qatar boşaldılıb və depoya göndərilib. Ona görə gecikmə halı yaşanıb. Hazırda hər şey qaydasındadır”.
Məltəm Talıbzadə