ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün ayrılan qrantların gizli olaraq hökumət əleyhinə çıxış edən QHT-lərə verildiyi iddiaları səslənir.
ABŞ-ın Azərbaycandakı səfirliyi bu iddilara cavab verib. Səfirliyin mətbuat xidmətindən Modern.az saytına daxil olan bəyanatda bildirilib:
“Bu bəyanatın məqsədi son zaman ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qrant proqramı ilə bağlı mətbuatda müşahidə olunan yalnış hesabatlara və anlaşılmazlıqlara aydınlıq gətirmədir. Təkliflərlə müraciət prosesində, habelə təkliflərin toplanmasında heç bir qeyri-nizamilik və ya uyğunsuzluk yer almamışdır. Dünyada gəbul olunmuş bütün standart prosedurlara riayət olunmuş və sözügedən proses tam ədalətli və şəffaf olmuşdur.
Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə ictimayyətə 2014-cü ilin may ayının 21-də məlumal verilmişdir. Standart prosedura uyğun olaraq qrant barədə məlumat www.grants.gov saytında və USAİD-in Azərbaycandaki Facebook səhifəsində elan olunmuşdur. Həmçinin iyunun 10-da proqram barədə məlumat USAİD-in Azərbaycandaki veb-səhifəsində də yerləşdirilmişdir.
Təkliflərin qəbulu vaxtı 2014-cü ilin mayin ayının 21-dən iyulun 7-ə kimi idi”.
Modern.az