Modern.az

Magistral yol 20 günlük təmirə bağlanır

Magistral yol 20 günlük təmirə bağlanır

Təhsil

16 İyul 2014, 20:22


Azərbaycan ərazisində magistral yol 20 gün nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. 

Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun Muğanlı - Yevlax hissəsinin bərpası layihəsinin Göyçay şəhərindən keçən hissəsində aparılan bərpa-tikinti işləriylə əlaqədar magistral avtomobil yolunun km 209-214 (layihə üzrə km 80-85) arası avtomobillərin hərəkəti iyulun 16-dan etibarən 20 gün müddətində məhdudlaşdırılacaq. Minik avtomobillərinin Göyçay şəhərinin küçə yollarından, ağır yük maşınlarının isə Bərgüşad-Ucar yolundan istifadə etmələri xahiş olunur.(APA) 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir