Hakkarinin Yüksekova İlçəsində 16 və 14 yaşındakl iki qız uşağı PKK-lılar tərəfındən qaçırıldığı barədə məlumatlar var. Bu məsələ ilə bağlı araşdırmalara başlanılıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi açıqlamada qızların 13 iyulda qaçırıldığı bildirilir. Məsələnin araşdırılması üçün Cümhuriyyət Prokurorluğunun təlimatı ilə təhqiqat başlanılıb.
Modern.az