Braziliya da keçirilən Dünya Çempionatı başa çatdı. Sayca 20ci dəfə keçirilən Dünya Çempionatının bu dəfə ki, qalibi Almaniya yığması oldu. Bu Dünya Çempionatı da özünə məxsus xüsusiyyəti və maraqlı anları ilə yadda qaldı. Əlbəttə biz Dünya Çempionatından danışdıqsa onda öz qəraraları ilə oyunlara təsir edən hakimləri də yaddan çıxarmaq olmaz. Braziliya da keçirilən Dünya Çempionatın da oyunları idarə etmək üçün ümumilikdə 25 hakim təyin olunmuşdu. Bu hakimlərdən 9-u Avropa, 4-ü Asiya, 3-ü Afrika, 3-ü Cənubi Amerika, 5-i Şimali Amerika, 1-i isə Avstraliya zonasının payına düşüb. 2010-cu ildə keçirilən Dünya Çempionatında baş verən hakim xətalarının bu dəfə təkrarlanmaması üçün təşkilatçılar munidiala daha yaxşı hazırlaşmışdı.
Belə ki, Braziliya da keçirilən mundialda ilk dəfə olaraq qapı xətti texnologiyası istifadə edilməyə başladı. Bununla da topun qapı xəttini tam keçib, keçməməsi mübahisə mövzusu olmayacaqdı. Həqiqətən də mundialda keçirilən bir neçə matçda bu texnologiya təşkilatçılara yanılmadıqların göstərdi və bu yöndə olan mübahisələrə son qoyuldu. Ancaq bununla belə mundialın bir neçə matçında nəticəyə təsir edəcək hakim xətaları baş verdi. İlk hakim xətası isə elə ilk oyundaca oldu. Belə ki, Braziliya-Xorvatiya matçının baş hakimi yaponiyalı Yuiti Nisimura hesab 1-1 ikən Braziliya leyhinə şübhəli penalti qərarı verməklə diqqətləri üzərinə çəkməyi bacardı. Bu səhv qərar yaponiyalı hakimin mundialda ilk və son idarə etdiyi matç oldu. Digər bir hakim xətası isə Nigeriya-Bosnia Hersoqovina matçında baş verdi.
Matçın 21-ci dəqiqəsində bosniyalı futbolçular Nigeriya yığmasının qapısına yol tapsalar da oyunun Yeni Zellandiyadan olan baş hakimi Piter О’Liri yardımçısının qərarı ilə oyundan kənar vəziyyət qeydə alaraq qolu hesaba almadı. Lakin epizodun təkrarında qolun müəllifinin oyundan kənar vəziyyətə düşmədiyi açıq görünürdü. Bu matç sonda Nigeriya millisinin minumal hesablı (1-0) qələbəsi ilə başa çatdı. Beləliklə, bir Dünya Çempionatı da beləcə geri də qaldı. Bir sözlə Braziliyadakı 20ci Dünya Çempionatı hələ uzun müddət yaddaşlar da qalacaq.
Fərrux Həsənli