Modern.az

Jurnalist Ayaz Nizamioğlunun ailəsində faciə

Jurnalist Ayaz Nizamioğlunun ailəsində faciə

17 İyul 2014, 10:36

Onun azyaşlı övladı eyvandan yıxılaraq dünyasını dəyişib

Dünən axşam tanınmış jurnalist Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Bu barədə Modern.az-a həmkarımız Rey Kərimoğlu məlumat verib.

Yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb!

Bu gün Maqsudu İsmayıllı rayonunun Səngəlin kəndində dəfn ediblər.

Şənbə günün Bakıda yas mərasimi olacaq.

Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.

Allah rəhmət eləsin!

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi