“Dünəndən yayılan məlumatlar ictimaiyyət üçün yenidir. Mənim üçün isə yeni bir şey deyil”.
Bunu Modern.az-a “Ayna”-“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib:
“Bütün bunlar mənə məlum idi. Mən istintaqa dəvət olunanda istintaq sirrini yaymamaq üçün dilimdən iltizam yazdırmışdılar. İndi mətbuatda yazılanların hamısını mənə demişdilər. Amma bununla belə, mən Rauf Mirqədirovun günahkar olduğuna inanmıram. Çünki yazılanlar hər hansı sübut deyil”.
Elçin Şıxlı eyni zamanda istintaq orqanları tərəfindən götürülən komputer prosessorunun geri qaytarılmadığını da açıqlayıb.
“Rauf Mirqədirovla görüşmüsünüzmü” sualına cavabında baş redaktor bildirib:
“Rauf müəllimə nəinki mənim, heç qohumlarının da baş çəkməsinə icazə verilmir. Vəkillərindən başqa onunla görüşən olmayıb”.
Gülşən RAUFQIZI