Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin birgə məlumatına cavab olaraq Rauf Mirqədirovun vəkilləri Fuad Ağayev və Elmar Süleymanov birgə bəyanat hazırlayırlar. Bu barədə vəkil Elmar Süleymanov Modern.az-a məlumat verib. Onun sözlərinə görə, bəyanat gün ərzində mətbuatda yayımlanacaq.
Qeyd edək ki, 2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna”,“Zerkalo” qəzetlərin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olub və daha sonra Bakıda həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur. Jurnalist ittihamları rədd edir.
Gülşən RAUFQIZI