Modern.az

Bahar Muradova: “Girovlarla bağlı ATƏT PA-ya məktub göndərəcəm”

Bahar Muradova: “Girovlarla bağlı ATƏT PA-ya məktub göndərəcəm”

17 İyul 2014, 13:00

“ATƏT PA-ya rəsmi məktub ünvanlamaq niyyətindəyəm”. Bunu Modern.az saytına ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, ATƏT PA bu məsələyə münasibət bildirməli idi:  “Mətbuatda bu məsələ ilə bağlı açıq müraciət etmişəm. ATƏT PA-nın girovlarla bağlı məsələyə münasibət bildirməsi üçün  məktub ya bu gün, ya da sabah yola salınacaq. Hesab edirəm ki, azərbaycanlı girovlarla bağlı məsələyə ilk növbədə,  ATƏT PA  münasibət bildirməli idi”.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Ermənistanın işğalı altındakı Kəlbəcər rayonuna gedən üç soydaşımız düşmən hərbçilərinə tuş gəliblər. Erməni tərəfi onlardan iki nəfəri - Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyünü, Həsən Həsənovun isə öldürüldüyünü bəyan edib. 

Ermənistan tərəfindən girov götürülən azərbaycanlılarla bağlı məsələnin hüquqi müstəvidə həll olunması üçün  beynəlxalq təşkilatlara müraciətlər davam edir.

Namidə BİNGÖL  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama