Modern.az

Builki məzunların yekun qiymətləri Təhsil Nazirliyinə təqdim olundu

Builki məzunların yekun qiymətləri Təhsil Nazirliyinə təqdim olundu

Təhsil

17 İyul 2014, 13:23


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üzrə yekun qiymətləndirmənin nəticələrini Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrinə təqdim edib.

Modern.az  xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014 –cü tədris ili IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qiymətlərini və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri elektron imza ilə imzalanmış şəkildə Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim edib.

Qeyd edək ki,   şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri buraxılış sinif şagirdlərinin yekun qiymətlərini “Şagird-məzun” sistemindən elektron imza ilə təsdiq edilmiş siyahı şəklində əldə edərək çap edə bilərlər.

 

Məltəm Talıbzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir