Modern.az

Girovların hüquqlarını Müdafiə Komitəsi beynəlxalq qurumlara müraciət edib

Girovların hüquqlarını Müdafiə Komitəsi beynəlxalq qurumlara müraciət edib

17 İyul 2014, 13:34

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kəlbəcərdə girov götürülmüş vətəndaşlarımızın hüquqlarını müdafiə komitəsinin ilk toplantısı keçirilib.

Modern.az xəbər verir ki, Müdafiə Komitəsinin sədri Elxan Salahov bildirib ki, qurumun yaradılmasında məqsəd bir neçə gün əvvəl girov düşmüş Azərbaycan vətəndaşları Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun hüquqlarının müdafiəsini təmin etmək, yol verilən qanunsuzluqları beynəlxalq ictimaiyyətə çatdırmaq və girovların azadlığını tələb etməkdir.

O, əlavə edib ki, girov düşən 3 azərbaycanlının Kəlbəcərə getməkdə məqsədi yaxınlarının məzarlarını ziyarət etmək olub.

Millət vəkili Aydın Mirzəzadəyə  bildirib ki, girov düşən azərbaycanlılar sərhədi yox, sadəcə olaraq cəbhə xəttini keçiblər. “Heç kim hər hansı bir azərbaycanlının öz torpaqlarını ziyarət etməsinə qadağa qoya bilməz. Girovluqda olanlar qəhrəmanlardır. Onların öz torpaqlarını ziyarət etmək üçün Kəlbəcərə getməsi namus-qeyrət məsələsidir. Buna misal olaraq Ramil Səfərovu və Mübariz İbrahimovun adlarını çəkmək olar”.

Tədbirdə söz ala hərbi ekspert Üzeyir Cəfərov isə  dövlət qurumlarının baş verən hadisəyə reaksiyasının gecikdiyini deyib. O, bildirib ki, gecikmə ermənilərin bundan istifadəsinə gətirib çıxarıb. “Onların yalnış addımı o olub ki, mobil telefondan istifadə ediblər. Və soydaşlarımızın yerini tapmaq ermənilər üçün rahat olub. Nəticə olaraq isə azərbaycanliları girov götürüblər”.

Sonda isə müdafiə komitəsinin sədri bildirib ki, girov götürülmüş vətəndaşlarımızla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və eyni zamanda BMT-yə müraciət olunub. Onların tezliklə azad edilməsi üçün dəstək istənilib.

Müdafiə Komitəsi qısa zamanda yenidən toplanacağını bəyan edib






Rafiq Qənbərov

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir