Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
İyulun 18-19-da Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diksomfortu meteohəssas insanlar üçün əlverişsizdir. İyulun 20-də güclü xəzri küləyi fonunda havanın temperaturunun bir qədər enməsi müsbət amildir.
Modern.az