Türkiyənin tanınmış müğənnisi Rafet El Roman nikah masasına oturacağı Cerən Kaplakarslana evlilik müqaviləsi imzaladıb. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, vəsiyyətini də hazırladan El Romanın bütün mirası 3 uşağına qalacaq. İkinci dəfə nikah masasına oturmaq üçün Cerən Kaplakarslan və onun ailəsi ilə birlikdə Almaniyaya gedən El Romanın sevgilisinə evlilik müqaviləsi imzalatdığı iddia edilir. Almaniyanın Frankfurt şəhərində bağlanan evlilik müqaviləsinə görə, Cerən Kaplakarslan boşandığı təqdirdə məşhur müğənnidən maddi olaraq heç bir şey tələb edə bilməyəcək. Ancaq müğənni gələcək həyat yoldaşına bir jest edərək Bodrum Yalıkavakda götürdüyü villanı Cerən xanımın adına keçirib. İkilinin önümüzdəki günlərdə reallaşacaq toyuna El Romanın Tuğba Altıntopla evliliyindən olan qızları Su və Şevval da qatılacaq. Müğənni Almaniyada evlilik müqaviləsindən əlavə bir müqaviləyə daha imza ataraq vəsiyyətini açıqlayıb. İddiaya görə, El Roman bütün mal varlığını da üç uşağına vəsiyyət edib.