“Ermənilər dolma festivalını hər il keçirir”. Bu barədə Modern.az saytına Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərova bədnam qonşularımızın 16 iyulda təşkil etdikləri tədbir barədə danışarkən bildirdi.
“Bizim Moskvada yaşayan həmyerlimiz Xankişiyev elmi əsaslarla yazılan bir məqaləsində dolmanın Azərbaycana məxsus olduğunu sübut edib. Ermənilər buna görə onu tənqid də edib. Buna cavab olaraq da həmyerlimiz elə onların saytında ermənilərə tutarlı cavablar verib”.
“Biz mütəmadi olaraq milli yeməklərimizin qorunması üçün etirazlarımızı bildirmişik”, - deyə mərkəzin rəsmisi əlavə edib.
Qeyd edək ki, Ermənistanda “Qızıl Ərik” film festivalı çərçivəsində “Uduli” dolma festivalı keçirilib. “Uduli” festivalı ilk dəfə 2011-ci ildə baş tutub. Ermənilər bununla Azərbaycan milli mətbəxinin nümunəsi sayılan dolmanı özününküləşdirmək üçün təbliğatlar aparır.
Gülşən RAUFQIZI