Modern.az

Vahid Əhmədov seçicilərinin problemlərini dinləyib

Vahid Əhmədov seçicilərinin problemlərini dinləyib

Təhsil

17 İyul 2014, 15:22

 

Milli Məclisin deputatı Vahid Əhmədov Quba şəhərindəki ofisində seçiciləri ilə görüşərək, onları təkbətək qəbul edib. Modern.az bildirir ki, hər ay azı bir dəfə seçicilərini qəbul edən millət vəkili bu dəfə də rayonun müxtəlif yaşayış məntəqələrindən qəbula yazılmış 27 seçicinin hamısını dinləyərək onların problemləri ilə yaxından tanış olub.Vətəndaşları ən çox narahat edən problemlər-mənzil şəraitlərinin yaxşılaşdırılması, təhsil müəssisələrini bitirmiş gənclərin işlə təmin olunması, ev tikintisi üçün torpaqların verilməsi,kəndlərdəki su və yol problemləri və s. məsələlər araşdırma predmeti olub. Bir neçə məsələ yerindəcə həll edilib, qalanlarının icrası nəzarətə götürülüb.
Ramazan bayramı münasibəti ilə Qubada fəaliyyət göstərən bir neçə məscidin rəhbərləri ilə görüşən millət vəkili öz şəxsi vəsaiti hesabına dörd məsciddə açacağı iftar süfrələri haqqında onları məlumatlandıraraq, məscidlərə yardımlar edib. Artıq rayonun iki məscidində məscidə gələnlər üçün iftar süfrələri açılıb.
Günün ikinci yarısında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Quba şəhərində təskil olunmuş Beynəlxalq Gənclər Forumunun plenar iclasına qatılan millət vəkili çıxış edərək, müzakirə olunan məsələlərə öz münasibətini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Növbəti qəbul sentyabr ayına planlaşdırılıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir