Modern.az

Rusiya agentliyinin azərbaycanlı jurnalisti - Tərcüməçi, linqvist Nilufər xanım kimdir?

Rusiya agentliyinin azərbaycanlı jurnalisti - Tərcüməçi, linqvist Nilufər xanım kimdir?

17 İyul 2014, 15:30

Bu gün Rusiyada ədəbiyyat sahəsində yazıb-yaradan xeyli soydaşımız fəaliyyət göstərir. Modern.az saytı mütəmadi olaraq belə soydaşlarımız haqda oxucuları bilgiləndirir. Onlardan biri də Beynəlxalq Yazarlar və Publisistlər Assosiasiyasının müxbir üzvü, Rusiya Sözçülük Akademiyasının müxbir üzvü, Dünya Gənc Türk Yazarlar birliyinin Moskva bölməsinin təmsilçisi Nilufər Şıxlıdır.

Modern.az-ın məlumatına görə, Nilufər Şıxlı (NilufərAbdullayeva Franis qızı) 1991-ci il aprel ayının 1-də Bakı şəhərində dünyaya gəlib.

1995-ci ildə (dörd yaşında) Bakı şəhəri 12 saylı orta məktəbə daxil olub, 1997-ci ildə 32 saylı, 1999-cu ildən isə Moskva şəhəri 355 saylı orta məktəblərində təhsilini davam etdirib.

2006-cı ildə 1937 saylı riyaziyyat və iqtisadiyyat təmayüllü gimnaziyanı gümüş medalla bitirərək, elə həmin ildə yüksək balla Moris Torez adına Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Tətbiqi linqvistika fakültəsinə daxil olub.

2011-ci ildə bu universiteti, 2013-cü ildə isə M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) jurnalistika fakültəsini (ikinci təhsil) qırmızı diplomla bitirib.

Şeirləri, hekayə və povestləri Türkiyə türkcəsinə, rus, ingilis və fransız dillərinə tərcümə olunub, Azərbaycan, Rusiya, Türkiyə, Çexiya, Latviya kimi ölkələrin mətbuatında yayımlanmaqdadır.

N.Şıxlı türk, rus, ingilis və Azərbaycan dillərində şeir və hekayələrin, eləcə də.  ana dilimizdən və Türkiyə türkcəsindən rus dilinə bədii tərcümələrin müəllifidir.

Hazırda yazarın “Maskalar” adlı şeir və hekayələr toplusu dörd dildə (rus, azərbaycan, türk və ingilis) nəşr olunmaq üzrədir.


Nilufər Şıxlı hazırda Moskva şəhərində yaşayır. MDLU-nun aspirantıdır.  Eyni zamanda Ümumrusiya Azərbaycan Konqresi saytının baş redaktorudur. “Rusiya bu gün” (keçmiş RİA NOVOSTİ) Beynəlxalq İnformasiya Agentliyinin müxbiridir.

Həmyerlimiz həm də rəssamlıq və tərcümə işi ilə məşğuldur. Evlidir.

Nilufər Şıxlının atası dr. Franis Abdulla riyaziyyatçı alimdir. Anası Afaq Şıxlı həkim, şair, publisist, tərcüməçidir.
Qardaşı Nicat Abdullayev MTRİU-nun 3-cü kurs tələbəsidir.
Xanım yazarın həyat yoldaşı İqbal İlqar oğlu Rüstəmov telejurnalistdir. O, “İnteraz” telekanalıda “Moskvadan salamlar” verilişinin müəllifi və “Xəbərlər”in redaktorudur.

Nilufər Şıxlı Azərbaycan-Rusiya Mədəniyyəti və Həmrəyliyinin təşəkkür bəlgəsi və Ümumrusiya Azərbaycan Konqresinin fəxri diplomu ilə təltif olunub.


Nilufər "Rossiya dlya vsex" portalının tatar əsilli baş redaktoru Radik Amirovla...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi