ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Pyer Andri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparır.
Modern.az xəbər verir ki, bu barədə Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “tvitter” səhifəsində məlumat verib. "Mən Fransadan olan yeni həmsədr Pyer Andrini Qarabağ məsələsi ilə bağlı müzakirələr aparmaq üçün Dövlət Departamentində görməyimə şadam”,-deyə C. Uorlik bildirib.
Modern.az