Moskvanın Basmannı məhkəməsi erməni diasporunun tanınmış nümayəndəsi və dünyada “erməni soyqırımı”nın tanınmasına lobbiçilik edən Levon Ayrapetyan barəsində həbs qətimkan qərarı verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, cinayət yolu ilə pul vəsaitini ələ keçirməkdə və çirkli pulları yumaqda ittiham olunur. Bu qərarla Ayrapetyan sentyabrın 15-dək həbsdə qalacaq.
Qeyd edək ki, 65 yaşlı Ayrapetyan iyulun 15-də “Domodedovo” hava limanında xaricdən gələrkən təyyarədən enən kimi saxlanılıb. Onun saxlanılmasına səbəb isə Başkiriyanın keçmiş senatoru, ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum olunan İqor İzmestyevin ifadəsi olub.
Modern.az