Modern.az

Professor Rafiq Əliyevə ABŞ-ın yüksək mükafatı verilib

Professor Rafiq Əliyevə ABŞ-ın yüksək mükafatı verilib

Ədəbiyyat

17 İyul 2014, 17:09

Dünyada qeyri-səlis məntiq nəzəriyyəsinin ən güclü mütəxəssislərindən olan həmyerlimiz professor Rafiq Əliyev nüfuzlu elmi mükafata layiq görülüb. Rafiq Əliyev ABŞ-ın ən yüksək elmi mükafatlarından olan “Lifetime achievement award” ( Dünya elmində ömürlük nailiyyətə görə) mükafatına layiq görülüb.
Professor Modern.az-a açıqlamasında bu hadisənin Azərbaycan elmi üçün yüksək nailiyyət olduğunu vurğulayıb: “Bu, çox yüksək mükafatdır. İki sahədə - elm və incəsənət sahəsində təqdim olunur. Məlumat üçün deyim ki, 2000-ci ildə bu mükafatı Lütfi Zadə alıb. Mükafat ömürlük elmi nailiyyətə görə verilir. Onu da qeyd edim ki, bu mükafat mənim 3 elmi fəaliyyətimə görə verilib. Birincisi, ən son nəzəriyyəm olan qərar qəbuletmə nəzəriyyəsi, ikincisi, qeyri-səlis məntiqin inkişafında görülən işlər, üçüncü səbəb isə soft-komputinq istiqamətində xidmətlərə görədir.”

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi