Modern.az

Azərbaycanda ana və uşaq ölümünə görə 13 həkim işdən qovuldu

Azərbaycanda ana və uşaq ölümünə görə 13 həkim işdən qovuldu

Təhsil

17 İyul 2014, 17:14


Bu il doğuş zamanı ana ölümündə səhvi olan 42 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb. 13 həkim isə işdən azad olunub”.
 
Bunu Publika.az açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
 
Onun sözlərinə görə, bu ilin 6 ayında 14, iyul ayında daha 2 ananın ölümü baş verib:
 
“Hadisələrin səbəbləri doğuşa yardım komissiyası və  tibbi ekspertiza  tərəfindən araşdırılır. Ölümlərin xəstənin vəziyyəti, həkimlərin səhlənkarlığı və səbəblərdən baş verməsi ilə bağlı yoxlamalar aparıldığından araşdırmalar uzun çəkir və müəyyən müddət tələb edir”.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir