AXCP sədri Əli Kərimli İngiltərədə təhsil alan oğlu Türkel Kərimli ilə bağlı yeni məlumat verib. Modern.az xəbər verir ki, AXCP lideri özünün facebook səhifəsində oğlunun fotosunu paylaşaraq universiteti bitirdiyini və məzun olduğunu bildirərək sevincini bölüşüb:
“Yubileyin ardınca da bu xəbər sevindirdi məni. Oğlum Türkel Bristol Universitetinin hüquq fakültəsini yüksək qiymətlə başa vurdu. Məmnunam”,-deyə Ə. Kərimli yazıb.
Qeyd edək ki, yubiley deyərkən AXCP rəhbəri AXC-nin yaranmasının 25-ci ildönümünü nəzərdə tutub.
Modern.az