Modern.az

Bu gün səhər saatlarında Bakıdan Kiyevə çıxan təyyarə hələ də Minvoddadır

Bu gün səhər saatlarında Bakıdan Kiyevə çıxan təyyarə hələ də Minvoddadır

Təhsil

17 İyul 2014, 20:30


Bakıdan Kiyevə uçan sərnişin təyyarəsinin Rusiyanın Minvod şəhərində qəza enişi etməsi ilə bağlı xəbər vermişdik. Təyyarədə olan sərnişinlərin bildirdiyinə görə buna səbəb texniki nasazlıq olub. Lakin həmin andan indiyə kimi sərnişinlərin problemləri həll edilməmiş qalır və onlar hələ də Minvodda gözləyirlər.

Azərbaycanlı sərnişinlər Modern.az saytına bildirib ki, məsələ öz həllini tapmayıb və onların Kiyev səfərində əməlli-başlı problemlər yaranıb.

Qeyd edək ki, AZAL bununla bağlı onlara heç bir məlumat daxil olmadığını bildirmişdi.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir