Modern.az

Ərdoğan: “Hardasan ey islam dünyası?!”

Ərdoğan: “Hardasan ey islam dünyası?!”

Təhsil

17 İyul 2014, 20:58


Türkiyənin baş naziri və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Dolmabaxça sarayında təşkil edilən “Dünya islam alimləri, sülh və sağlam fikir təşəbbüsü toplantısı” adlı tədbirin açılışında iştirak edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, tədbirdə çıxış edən R.T.Ərdoğan müsəlman dünyası haqqında ittihamlar səsləndirib. O, “cihad” anlayışından tutmuş, İsrailin Qəzzanı bombalaması məsələlərinə qədər danışıb. Onun çıxışını ixtisarla təqdim edirik:

“Bu gün kilolarla bombanı üstlərinə bağlayıb məsciddə terror törədirlər. Mən gördüklərimi anlatmağa çətinlik çəkirəm. Belə adamlar özlərini müsəlman kimi xarakterizə edirlər. Özlərinə müxtəlif islami etiketlər adı altlında təşkilatlar qururlar.  Onlar cihad etdiklərini müdafiə edirlər.  

Cihad sözünü tam aydınlaşdırmaq lazımdır.Radikal təşkilatlar gedib öz müsəlman qardaşlarını qırır.  Bundan başqa müsəlman dünyası İsrailin Qəzzanı bombardman etməsinə hələ də səsini çıxarmır, göz yumur. Qərb dairələri susarkən, müsəlman dünyası da bunu edir. Qəzzədə ölənlərin sayı 220-yə yüksəlib. Sənə səslənirəm!  Hardasan ey müsəlman dünyası?! Sənin bu faciəyə ürəyin parçalanmırmı?”,-deyə Türkiyə hökumət başçısı bildirib.

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir