Modern.az

Təyyarə qəzası Putin və Obamanı HƏRƏKƏTƏ gətirdi: Putin Obamaya məlumat verdi

Təyyarə qəzası Putin və Obamanı HƏRƏKƏTƏ gətirdi: Putin Obamaya məlumat verdi

17 İyul 2014, 22:00


Rusiya prezidenti Vladimir Putin ilə  ilə ABŞ dövlət başçısı Barak Obama arasında telefon danışığı olub. Modern.az Kremlin mətbuat xidmətində istinadən xəbər verir ki, telefonla aparılan müzakirələrdə Ukraynadakı gərgin vəziyyət müzakirə edilib.

V. Putin ABŞ-ın Rusiyaya tətbiq etdiyi növbəti sanksiyalardan da danışıb. O bildirib ki, ABŞ-ın bu cür addımlarına məyusdur.  

Ukrayna, Yaxın Şərq məsələsi ilə yanaşı, Ukraynanın Donetsk vilayətində Malayziya Hava Yollarına məxsus təyyarənin qəzaya uğrması da əsas müzakirə predmetləri sırasında olub. Kreml rəhbəri qəza ilə bağlı ABŞ liderinə məlumat verib.  

Qeyd edək ki, Ukraynanın Donetsk vilayətində Rusiya ilə sərhəddə Malayziya Hava Yollarına məxsus “Boeing 777” təyyarəsi qəzaya uğrayıb. Qəzada təyyarədə olan 295 nəfərin hamısının öldüyü bildirilir.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir