Modern.az

UEFA-dan İsrail haqqında ŞOK qərar

UEFA-dan İsrail haqqında ŞOK qərar

Təhsil

17 İyul 2014, 23:47

UEFA futbol çempionatları ilə bağlı İsrailin əleyhinə sayıla biləcək qərar verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA İsrailin Qəzzanı bombalaması səbəbindən adı çəkilən ölkənin təhlükəsizlik standartlarına cavab vermədiyi haqqında məlumat yayıb.

UEFA-nın rəsmi internet səhifəsində verilən bəyanatda bildirilir ki, Avropa kuboklarında iştirak edəcək İsrail klubları rəqib komanda ilə görüşlərini ölkə xaricində oynamalıdır.

Sözügedən beynəlxalq futbol təşkilatı bəyan edib ki, İsrail UEFA oyunlarının keçirilməsi  üçün münasib yer deyil.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir