Modern.az

Ərdoğanın rəqibini daha bir partiya dəstəklədi

Ərdoğanın rəqibini daha bir partiya dəstəklədi

Təhsil

18 İyul 2014, 00:28


Böyük Birlik Partiyasının (BBP) başqanı Mustafa Destici partiyasının ali qurumlarında məsləhətləşmələrdən sonra prezidentliyə namizəd Ekmeleddin İhsanoğlunu dəstəkləyəcəklərini bəyan edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, beləliklə İhsanoğlunu dəstəkləyən partiyaların sayı 7-yə çatıb.
Qeyd edək ki, prezident seçkiləri avqustun 10-da keçiriləcək. İslam Əməkdaşlıq Təşkilatının keçmiş rəhbəri Ekmeleddin İhsanoğlunun namizədliyinin Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyaları birgə razılaşmadan sonra irəli sürüblər.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Xalqların Demokratik Partiyasının rəhbəri Selahhadin Demirtaş da prezidentliyə namizəddirlər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir