İyulun 17-də UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Azərbaycan kubokunun qalibi “Neftçi” bu mərhələdən mübarizəyə qoşulub.
Təəssüf ki, komandamız öz meydanında Sloveniyanın “Koper” klubu ilə bacara bilməyib. Bu görüşdə "Neftçi" 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftədən sonra Sloveniyada oynanılacaq.
***
Azərbaycan çempionatının gümüş mükafatçısı Bakının “İnter” klubu isə səfərdə İsveçin “Elfsborq” klubunun qonağı olub. Qarşılaşma "İnter"in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Səfərdə qələbə qazanan Bakı təmsilçisi növbəti mərhələyə yüksəlmək şansını artırıb.
Qeyd edək ki, komandaların cavab oyunu bir həftədən sonra Bakıda keçiriləcək.
”Neftçi” (Azərbaycan) – “Koper” (Sloveniya) - 1:2
”Elfsborq” (İsveç) – “İnter” (Azərbaycan) - 0:1
Modern.az