Modern.az

İsrail Qəzzada quru əməliyyatlarına BAŞLAYIR

İsrail Qəzzada quru əməliyyatlarına BAŞLAYIR

Təhsil

18 İyul 2014, 01:00


İsrail Qəzza bölgəsində quru əməliyyatlarına başlayır. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu orduya əmr verib.

Qeyd edək ki, 10 gündür Qəzza bölgəsində silahları susmaq bilmir. İsrailin bombardmanları nəticəsində 220-dən çox dinc  fələstinli həlak olub.

Rəsmi Təl-Əviv yaranmış vəziyyətə görə məsuliyyəti HƏMAS qruplaşmasının üzərinə atır. İsrail bəyan edir ki, əgər HƏMAS atəşkəs rejiminə əməl etsə, o zaman Netanyahu hökuməti Qəzzanın bombardmanını dayandıracaq. 

Modern.az 

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir