Modern.az

Poroşenkodan təyyarə qəzası ilə bağlı BƏYANAT

Poroşenkodan təyyarə qəzası ilə bağlı BƏYANAT

Təhsil

18 İyul 2014, 01:40


“Təyyarənin vurularaq salınması ehtimalları çoxdur. Amma bunu Ukrayna ordusu etməyib”. Modern.az xəbər verir ki, bu bəyanatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Bəyanatda Donetskdə Malayziyaya məxsus təyyarəni qəzaya uğraması şərh olunarkən bildirilib ki, bu, son üç gündə baş verən xoşagəlməz hallardan biridir. Mətbuat xidmətinin yaydığı məlumata görə P. Poroşenko həlak olanların yaxınlarına başsağlığı verib və cinayətkarların məsuliyyətə cəlb ediləcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, Ukraynaın Donetsk vilayətində Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsi qəzaya uğrayıb. Qəzada 295 nəfər həlak olub. Qərb və Ukrayna dairələri təyyarənin Rusiya tərəfindən vurulduğu ehtimalları üzərində dayanır.  

Bu arada Rusiya mətbuatı da müxtəlif mənbələrə istinadən təyyarənin Ukrayna qoşunları tərəfindən vurulması iddiasını irəli sürür. Rus mediasının Rusiya “Rosaviasiya” aviasiya idarəsinə istinadən verdiyi məlumata görə Ukrayna hərbiçilərinin əsas məqsədi Kreml rəhbəri Vladimir Putinin təyyarəsini vurmaq olub. İddiaya görə səhvən Malayziyaya məxsus təyyarə vurulub.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir