Son zamanlarda Azərbaycan teleməkanında yayımlanan uşaq verilişləri barədə mətbuatda müzakirə və mübahisəli yazılarla tez-tez qarşılaşırıq.
“ Azərbaycanda uşaq verilişləri sahəsində həm səviyyə, həm də keyfiyyət baxımından inkişaf yoxdur”. Bunu Modern.az saytına MTRŞ-nın sədri Nuşirəvan Məhərəmli uşaq verilişlərinin yayımından narazılığını bildirərkən deyib.
Sədrin sözlərinə görə, ildə hər kanal bir cizgi filmi çəksəydi, yaxın illərdə 100-ə yaxın serialımız olardı. Uşaqların xarici kanallardakı verilişlərə baxmağından təəssüflüyünü vurğulayan N. Məhərrəmli bu sahədə ciddi problemlərin olduğunu qeyd edib. Məsələ ilə bağlı tədbirlərin görülməsinə gəlincə isə o, bildirib ki, özəl qurumlar fəaliyyətlərini öz nizamnamələri əsasında qururlar.
“ Biz onların heç birini buna məcbur edə bilmərik. Amma istərdik ki, Azərbaycanda özəl və büdcədən maliyyə ayrılan kanallar bu sahəyə diqqət ayırılsınlar” .
Məltəm Talıbzadə