Ötən gün Salyan rayonunda bədbəxt hadisə baş verib. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 2002-сi il təvəllüdlü Şahin Sabir oğlu Əliyev və 1970-ci il təvəllüdlü Azər Ağabəy oğlu Əliyev Kür çayının Salyan rayonu Bazanlı kənd ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. Ş.Əliyevin cəsədi ötən gün saat 19:45-də dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. A. Əliyevin cəsədinin axtarışı davam etdirilir.