Ukraynanın Donetsk vilayətində Rusiya meylli terrorçuların raketlə vurduğu iddia edilən Malayziya hava yollarına aid “Boinq-777” təyyarədə həlak olan 121 nəfərin meyiti artıq tapılıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Amsterdamdan Kuala Lumpura uçan təyyarədə 298 nəfər (onların 15-i ekipaj üzvüdür) olub. Qeyd edək ki, ABŞ kəşfiyyatı da təyyarənin raket vasitəsilə vurulduğunu təsdiqləyib.
Son məlumata görə, Ağ Ev nümayəndəsi Djoş Ernest deyib ki, Vaşinqton təyyarə qəzası ilə bağlı beynəlxalq araşdırma aparılmasına yardım etməyə hazırdır.
***
Təyyarədə ölənlərin sayı 298-ə çatıb. Modern.az-ın “Avronyus”a istinadən verdiyi məlumata görə, sərnişinlərdən 3-ü körpə olub. Ölənlər aşağıdakı ölkələrdəndir:
Qeyd edək ki, Ukraynanın Donetsk vilayətində, Rusiya-Ukrayna sərhədinin 60-cı kilometrliyində Malayziya Hava Yollarına məxsus “Boeing 777” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 283 sərnişin və 15 ekipaj üzvü olub. Məlumata görə onların hamısı ölüb.
Qəza ilə bağlı müxtəlif versiyalar səslənir. İddiaya görə təyyarə vurulub. Təyyarənin Amsterdamdan Malayziyanın paytaxtı Kualo-Lumpura uçduğu bildirilir.
Rufanə Günəş