Modern.az

Daha bir tanınmış aktrisamız yatağa düşüb - FOTO

Daha bir tanınmış aktrisamız yatağa düşüb - FOTO

Təhsil

18 İyul 2014, 11:21

Azərbaycanda tanınmış daha bir aktrisa yatağa düşüb. Söhbət Musiqili Komediya teatrının aktrisası, əməkdar artist Gülnar Salmanovadan gedir. Modern.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat verilib və fotolar yayılıb. Bildirilib ki, G.Salmanova şəkər xəstəsidir, böyrək çatışmazlığı və daha bir neçə xəstəlikdən əziyyət çəkir.
Gülnar Salmanova 1956-cı ildə anadan olub. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malikdir. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edir.

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.


Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir