Bir neçə gün öncə ölüm xəbəri yayılan məşhur alim-cərrah Cavad Heyətin səhhətində hələki ciddi irəliləyiş yoxdur. Qan azlığı və pnevmaniya diaqnozu ilə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən Cavad Heyətin səhhəti ağır olaraq qalır. Bu haqda Modern.az-a cərrahın ailəsi ilə sıx əlaqəsi olan filologiya elmləri doktoru Esmira Fuad məlumat verib:
“Əvvəlcə başqa xəstəxanada komaya düşüb, daha sonra onu Mərkəzi Gömrük Hostipalına yerləşdiriblər. Onun qızı da həmin şöbənin rəhbəridir. Dediyinə görə Cavad Heyət hazırda intensiv terapiya görməkdədir. Düşünürəm ki, Cavad Heyətin vəfatı haqqında verilən səhv informasiyalar da can yanğısından irəli gəlib”.
Elmin Nuri