Modern.az

UEFA-dan şok qərar: bu mövsüm Rusiya və Ukrayna klubları bir-biri ilə görüşməyəcək

UEFA-dan şok qərar: bu mövsüm Rusiya və Ukrayna klubları bir-biri ilə görüşməyəcək

Təhsil

18 İyul 2014, 12:20

UEFA şok bir qərara imza ataraq bu mövsüm Avropa kuboklarında qonşu iki ölkənin bir-biriləri ilə qarşılaşmayacağını açıqlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna və Rusiya arasındakı siyasi gərginliyi göz önünə alan birliyin idarəçiləri, bu iki ölkə komandalarının görüşməməsi haqda qərar qəbul edib.

Açıqlamada bildirilir: “Mövcud siyasi vəziyyətdə Rusiya və Ukrayna futbol federasiyaları, iki ölkə komandalarının qarşılaşmasından  ortaya çıxa biləcək xoşagəlməz olaylara əlaqədar çəkindiklərini dilə gətiriblər. Bölgədəki təhlükəsizlik problemlərini nəzərə alan UEFA gələn tələbləri də qiymətləndirərək, müəyyən i bir tarixə qədər Rusiya və Ukrayna komandalarının Çempionlar Liqası və Avropa Liqasında bir-biriləri ilə qarşılaşmamasına qərar verib”.

Qərar uyğun olaraq bu gün çəkiləcək Çempionlar Liqası püşk atılmasında Rusiyanın Zenit (Sankt-Peterburq) və Ukraynanın Dnepr “Dnepropetrovsk” komandaları bir-birilərinə rəqib ola bilməyəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir