Şotlandiyalı ərlə-arvad – Barri və İzzi Cimləri dünən Ukraynada raketlə vurulan Malayziya hava yollarına aid “Boing-777” təyyarəsində uçmaqdan möcüzə xilas edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Amsterdamdan Kuala-Lumpura uçan təyyarədə cütlüyə azyaşlı övladları ilə birlikdə yer olmayıb. Bu səbəbdən onlar sonradan KLM hava şirkətinin təyyarəsində yer alıblar. Ərlə-arvad etiraf ediblər ki, bu Allahın bir möcüzəsidir.
Qeyd edək ki, Donetsk vilayətində Rusiya meylli separatçıların raket vurduqları iddia edilən təyyarə olan 298 nəfərin hamısı ölüb.
Modern.az